“Bazarstore” MMC cərimələndi 

15:10 18.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Bazarstore” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə hafta.az-a agentlikdən məlumat verilib.

Şirkətin məhsulu üzərindəki qiymətdən daha yüksək məbləğə satdığı aşkarlanıb və bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (Malın qiyməti üzrə istehlakçının az miqdarda aldadılması) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.